Modern.az

Dövlət qulluğu haqqında qanuna dəyişiklik edildi

Dövlət qulluğu haqqında qanuna dəyişiklik edildi

Ölkə

26 Yanvar 2026, 16:30

Dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələr təsdiqlənib.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsi, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklə dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir.

Bundan başqa, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.

Vergi Məcəlləsinə dəyişikliklər fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır və bu da eyni xarakterli dəyişikliklərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır