Modern.az

Azərbaycanda 10-a yaxın meyitin orqanları başqasına köçürülüb

Azərbaycanda 10-a yaxın meyitin orqanları başqasına köçürülüb

Ölkə

27 Yanvar 2026, 09:54

Azərbaycanda 2025-ci ildə 10-a yaxın meyit donordan alınan orqanlar transplantasiya məqsədilə istifadə olunub.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən meyit donorlardan 50-dən artıq transplantasiya əməliyyatı icra olunub. Bunlardan birdən çoxu böyrək transplantasiyası, 10-a yaxın qaraciyər, ikidən çox buynuz qişa və iki ürək transplantasiyası həyata keçirilib.

Əməliyyatların əksəriyyəti uğurla başa çatıb.( "Report")

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır