İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar yer alıb.
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb.
Pasientlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl
tibb müəssisələri də prosesə cəlb edilir.
Vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir.