Modern.az

Cinayət işini məhkəməyə elektron qaydada göndəriləcək

Cinayət işini məhkəməyə elektron qaydada göndəriləcək

Ölkə

29 Yanvar 2026, 11:04

Cinayət işinin məhkəməyə göndərilməsi qaydasına dəyişiklik edilir.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.  

Layihəyə əsasən, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir. Cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilərək elektron qaydada göndərilə bilməyən maddi sübutlar, sənədlər və digər əşyalar məhkəməyə bilavasitə təqdim edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır