Modern.az

25 nəfər atalıq məzuniyyətindən yararlanıb

25 nəfər atalıq məzuniyyətindən yararlanıb

Ölkə

9 Fevral 2026, 14:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 işəgötürən tərəfindən 25 işçiyə uşağının doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar yanvar ayında ƏMAS-da işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb. ("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi