Modern.az

Vens: "Biz istərdik tərəfdaşlığımızı daha da gücləndirək"

Vens: "Biz istərdik tərəfdaşlığımızı daha da gücləndirək"

Ölkə

10 Fevral 2026, 19:53

"Bu, ABŞ-ın xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək".

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək: "Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışırıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq". (AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?