Modern.az

Hava xətlərinin təmiri Masallının kəndlərini işıqsız qoyacaq

Hava xətlərinin təmiri Masallının kəndlərini işıqsız qoyacaq

Ölkə

19 Fevral 2026, 08:05

Masallının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Modern.az xəbər verir ki, fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

Sizə yeni x var
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı