Modern.az

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Ölkə

23 Fevral 2026, 10:27

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsi qərar verib.

Məhkəmə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

O 2025-ci il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...