Modern.az

Salyanda 5 kq narkotik vasitə aşkarlandı

Salyanda 5 kq narkotik vasitə aşkarlandı

Ölkə

23 Fevral 2026, 11:46

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb. 

R.Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...