Modern.az

Baxçalı Qarabağa gələcək - EKSKLÜZİV

Baxçalı Qarabağa gələcək - EKSKLÜZİV

Ölkə

Bu gün, 09:07

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Qarabağa səfər edəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, səfər bu ilin iyul ayında planlaşdırılır. Baxçalının işğaldan azad olunmuş ərazilərdə keçiriləcək Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) toplantısında iştirakı nəzərdə tutulur.

Məlumata əsasən, tədbir çərçivəsində Türkiyə və Azərbaycan iş adamlarının bir araya gəlməsi, azad edilmiş ərazilərdə investisiya imkanlarının müzakirəsi və yeni layihələrin təqdimatı planlaşdırılır.

Qeyd edək ki, ötən gün MÜSİAD Azərbaycanın Bakıdakı toplantısında qurumun Azərbaycan üzrə koordinatoru Bahadır Çam bu ilin iyul ayında azad edilmiş ərazilərdə geniş toplantının keçiriləcəyini açıqlamışdı.

Bahçelinin Qarabağa səfəri baş tutacağı təqdirdə, bu, Türkiyədən yüksək səviyyəli siyasi fiqurun azad olunmuş ərazilərə növbəti rəsmi gəlişi olacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!