Modern.az

İrandan Azərbaycana 615 nəfər təxliyə edilib - 157-si öz vətəndaşımızdır

İrandan Azərbaycana 615 nəfər təxliyə edilib - 157-si öz vətəndaşımızdır

Ölkə

Bu gün, 10:50

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Modern.az məlumat verir ki, fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!