Modern.az

Ceyhun Bayramov Moldovalı həmkarı ilə Naxçıvana hücumu müzakirə etdi

Ceyhun Bayramov Moldovalı həmkarı ilə Naxçıvana hücumu müzakirə etdi

Ölkə

Bu gün, 12:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında təkbətək və geniştərkibli görüşlər keçirilib.

Modern.az xəbər verir ki, nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsi və genişləndirilməsi yollarını, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, həmçinin Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin Yaxın Şərqdə formalaşan gərgin və dəyişkən təhlükəsizlik vəziyyətinə də toxunublar.

C.Bayramov martın 5-də İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlığımızı ifadə edib. Hücum nəticəsində mülki infrastruktur obyektlərinə, o cümlədən hava limanına və məktəb binasına ziyan dəydiyini, mülki şəxslərin yaralandığını qonağın diqqətinə çatdırıb.

Nazir, həmçinin moldovalı həmkarına Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında təkbətək görüş keçirilir.

Modern.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qarşılayıb.

Modern.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Sizə yeni x var
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada