Modern.az

"Şah və Mat!"İlham Əliyev İranı MƏCBUR ETDİ

"Şah və Mat!" - İlham Əliyev İranı MƏCBUR ETDİ

Ölkə

Bu gün, 09:04

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Facebook hesabında İran-Azərbaycan münasibətlərinə dair diqqətçəkən paylaşım edib.

Modern.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə İran rəhbəri Məsud Pezeşkian arasında baş tutan telefon danışığını şərh edib.

Onun sözlərinə görə, İran Prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı diplomatik dildə müəyyən mesajlar verir.

"Bu o deməkdir ki, dövlət başçımız 12 ölkə arasında yeganə liderdir ki, siyasi yollarla İranı (hökumətin tamamilə dağınıq vəziyyətdə olduğu yerdə) qonşusuna hücum etmək təcrübəsindən rəsmi olaraq imtina etməyə məcbur edib! Şah və Mat!", - deyə paylaşımda deyilir. 

Xatırladaq ki, martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib və 4 Azərbaycan vətəndaşı xəsarət alıb. Rəsmi Bakının kəskin etirazından az sonra, martın 7-də xalqa müraciət edən prezident Məsud Pezeşkian üzr istəyərək İranın daha qonşu ölkələrə hücum etməyəcəyini bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...