Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa edilib.
Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edilib ki, bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış, o cümlədən tranzit məqsədilə giriş-çıxış 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.