Modern.az

İranın BƏƏ-yə hücumu zamanı Azərbaycan vətəndaşları xəsarət alıblar - RƏSMİ

İranın BƏƏ-yə hücumu zamanı Azərbaycan vətəndaşları xəsarət alıblar - RƏSMİ

Ölkə

Bu gün, 20:00

İranın Birləşmiş Ərəb Əmirliklərinə hücumu zamanı Azərbaycan vətəndaşları da xəsarət alıblar.

Modern.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunur ki, martın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran ərazisindən doqquz ballistik raket və 35 PUA atıldığını aşkar edib.

"Ballistik raketlərdən səkkizi məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, 35 PUA buraxılışı aşkar edilib, onlardan 26-sı ələ keçirilib, doqquzu isə BƏƏ ərazisinə düşüb", - deyə nazirlikdən bildirilib.

Məlumata görə, eskalasiyanın başlanğıcından bəri İran BƏƏ istiqamətinə 262 ballistik raket və 1475 PUA atıb:

"Hücumlar nəticəsində altı nəfər - BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olub, 122 nəfər isə orta və yüngül xəsarət alıblar. Xəsarət alanlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya və Fələstin vətəndaşları var".(Oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada