Cəlilabad rayonunun İranla sərhəd ərazilərində zəbt olunmuş torpaqlarla bağlı problem mövcuddur.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, seçiciləri ilə görüşdə fermerlər bildirir ki, yaxşı məhsul yetişdirirlər, lakin məhsulun saxlanılması üçün lazımi şərait olmadığına görə bəzən çürüyür və məhv olur.
E. Nəsirov bildirib ki, məhsulun saxlanılması üçün anbarlara, xüsusilə də iri həcmli soyuducu anbarlara ciddi ehtiyac var. Məhsulların belə soyuducu komplekslərdə saxlanılması fermerlərin böyük itkilərlə üzləşməsinin qarşısını ala bilər.