Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilir

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilir

Ölkə

Bu gün, 10:00

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən Modern.az-a bildirilib ki, martın 18-də hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!