İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Modern.az xəbər verir ki, 28 fevral 8.00-dan – 12 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2283 nəfər təxliyə olunub.
Belə ki, 685 Çin, 395 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan, 140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 29 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 13 Nigeriya, 12 Macarıstan, 12 Polşa, 12 Özbəkistan, 11 İsveçrə, 11 Meksika, 10 Belarus, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Kanada, 9 Böyük Brityaniya, 8 Braziliya və 8 Qazaxıstan vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər biri üzrə 6 vətəndaş, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya, Hindistanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandın hər biri üzrə 4, Qətər, Filippin, Xorvatiya, Danimarka və Avstraliyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hər biri üzrə 2 vətəndaş yer alıb.
Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir və Belizin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.