Modern.az

Ermənistanla sülh yalnız kağız üzərində deyil - Prezident

Ermənistanla sülh yalnız kağız üzərində deyil - Prezident

Ölkə

Bu gün, 10:56

Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur.

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.

Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.

Sizə yeni x var
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!