Modern.az

ABŞ İrana qarşı müharibədə 6 gündə 11,3 milyard dollar xərcləyib

ABŞ İrana qarşı müharibədə 6 gündə 11,3 milyard dollar xərcləyib

Dünya

Bu gün, 12:58

ABŞ İrana qarşı hərbi əməliyyatların ilk altı günündə 11,3 milyard dollardan çox pul xərcləyib.

Modern.az xəbər verir ki, bu barədə Pentaqon rəsmilərinin Birləşmiş Ştatlar Konqresinə məlumatında deyilir.

“The New York Times” qəzetinin yaydığı xəbərə görə, bu rəqəm Konqres tərəfindən indiyədək alınan ən əhatəli ilkin qiymətləndirmə hesab olunur. Buraya İrana zərbələrdən əvvəl hərbi texnika və personalın hərəkəti kimi bir çox əlaqəli xərclər daxil deyil.

Hesabatda deyilir ki, Pentaqon ilkin zərbələr üçün hər birinin qiyməti 578-836 min dollar arasında dəyişən AGM-154 bombalarından istifadə edib. Hərbi Dəniz Qüvvələrinin sərəncamına təxminən 20 il əvvəl dəqiq idarə olunan 3 minə yaxın belə bomba verilib.

ABŞ mediasının məlumatına əsasən, İrana qarşı hərbi əməliyyatın yalnız ilk iki günündə silah-sursata təxminən 5,6 milyard dollar xərclənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!