Azərbaycanda hepatitə yoluxma 30 dəfədən çox azalıb.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, ölkə üzrə viruslu hepatitlərlə ümumi xəstələnmə göstəricisi əvvəlki illə müqayisədə 4,9 dəfə (630 hadisəyə qarşı 128 hadisə), o cümlədən Hepatit A ilə xəstələnmə 32 dəfə (444 hadisəyə qarşı 14 hadisə), Hepatit C ilə xəstələnmə 2,8 dəfə (138 hadisəyə qarşı 50 hadisə) azalıb.
Həmçinin ölkədə 2025-ci il ərzində 19 qarayara xəstəliyinə yoluxma qeydə alınıb. Qeyd edək ki, 2024-cü illdə qarayara xəstəliyinə yoluxanların sayı 16 olub.