Modern.az

Azərbaycanda xəstəliklərlə mübarizəyə ayrılan vəsait tam xərclənməyib

Azərbaycanda xəstəliklərlə mübarizəyə ayrılan vəsait tam xərclənməyib

Ölkə

Bu gün, 11:25

2025-ci ildə Azərbaycanda müxtəlif xəstəliklərlə mübarizə üzrə dövlət proqramları üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsi icra olunmayaraq 22,4 milyon manat fərq yaranıb.

Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

2025-ci ildə səhiyyə sahəsində müxtəlif xəstəliklərlə mübarizə və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən dövlət proqramları üzrə ümumilikdə 149 milyon 765 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. İl ərzində bu istiqamətlər üzrə faktiki icra 127 milyon 351 min 700 manat təşkil etmiş, nəticədə 22 milyon 413 min 300 manat məbləğində fərq yaradıb.

Ən böyük vəsait şəkərli diabet xəstəliyi üzrə tədbirlərə yönəldirilib. Bu istiqamət üzrə 65 milyon 890 min 200 manat vəsait nəzərdə tutulsa da, faktiki icra 58 milyon 659 min 500 manat olunub və 7 milyon 230 min 700 manat fərq qeydə alınıb.

İkinci böyük xərc istiqaməti xroniki böyrək çatışmazlığı ilə mübarizə tədbirləri olub. Bu məqsədlə 45 milyon 973 min 500 manat proqnozlaşdırılmış, faktiki icra isə 38 milyon 11 min 600 manat təşkil edib. Beləliklə, bu sahədə 7 milyon 961 min 900 manat fərq yaranıb.

Vərəmlə mübarizə tədbirləri üzrə 2 milyon 433 min 300 manat vəsait nəzərdə tutulsa da, icra 496 min 200 manat olunub və 1 milyon 937 min 100 manat fərq meydana gəlib.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri üçün ayrılması planlaşdırılan 7 milyon 493 min manat vəsaitin 7 milyon  330 min 100 manatı icra edilib, fərq isə 162 min 900 manat olub.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və uşaqların icbari dispanserizasiyası ilə bağlı tədbirlər üçün 5 milyon manat nəzərdə tutulub, faktiki icra 1 milyon 218 min 400 manat olub. Bu istiqamətdə 3 milyon 781 min 600 manat fərq qeydə alınıb.

Hemofiliya xəstəliyi (irsi qan xəstəliyi) üzrə mübarizə tədbirləri üçün ayrılan 16 milyon 340 min manatın 15 milyon 582 min 600 manatı icra edilib və 757 min 400 manat fərq yaranıb.

İxtioz və bulliyoz epidermoliz xəstəliyi (irsi dəri xəstəliyi) üzrə mübarizə tədbirləri üçün nəzərdə tutulan 6 milyon manatın 5 milyon 423 min 100 manatı xərclənib, 576 min 900 manat fərq qeydə alınıb.

Uşaqlarda kistoz fibroz genetik xəstəliyi (ağciyərləri və həzm sistemini zədələyən irsi genetik xəstəlikdir) ilə mübarizə tədbirləri üçün isə 635 min manat proqnozlaşdırılmış, faktiki icra 630 min 200 manat olmuş və cəmi 4 800 manat fərq yaranıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar