Məhkumlar müxtəlif əmək fəaliyyətlərinə cəlb olunaraq əldə edilən vəsait hesabına zərərçəkənlərə dəymiş ziyanın bir hissəsini ödəyiblər.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Məhkumların ictimai faydalı əməyə cəlb olunması nəticəsində onların törətdikləri cinayətlər zamanı vurduqları maddi ziyanın ödənilməsi istiqamətində 2025-ci ildə təxminən 1,5 milyon manat vəsait ödənilib.
Bu göstərici əvvəlki illə müqayisədə 30 faiz çoxdur.