Baş nazir Əli Əsədov ötən həftə İrandan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edilməsi faktına münasibət bildirib.
Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib.
“Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir” – deyə o qeyd edib.
Əli Əsədov həmçinin quru sərhədlərlə bağlı məsləyə də aydınlıq gətirib. O qeyd edib ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir.