Modern.az

Sabahdan Azərbaycanda 11 günlük bayram tətili BAŞLAYIR

Sabahdan Azərbaycanda 11 günlük bayram tətili BAŞLAYIR

Ölkə

Bu gün, 10:46

Sabahdan etibarın Azərbaycanda Ramazan və Novruz bayramları ilə əlaqədar tətil günləri başlayır.

Modern.az-ın məlumatına görə, ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı günləri müəyyən edilib.

21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

Bayramlardan sonra ilk iş günü isə martın 31-i olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı