Modern.az

Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

Ölkə

Bu gün, 15:40

İnnovasiya lideri Bakcell Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. Bakcell-in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər.

Modern.az xəbər verir ki, səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.

Bakcell abunəçiləri səfərə çıxmazdan əvvəl gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud tariflər və rouminq paketləri ilə tanış ola bilərlər. Bu imkan istifadəçilərə səfərdən əvvəl uyğun paketi müəyyən edərək mobil rabitə xərclərini daha effektiv planlaşdırmağa kömək edir.

Abunəçilər ətraflı məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı