Modern.az

Bakıda nə qədər eşşək var?

Bakıda nə qədər eşşək var?

Ölkə

Bu gün, 16:46

Azərbaycanda rayonlar üzrə eşşək və qatırların statistikası məlum olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2026-cı ilin 1 yanvarı üçün qeydə alınan eşşəklərin sayı 10 min 311 eşşək və 38 qatır qeydə alınıb.

Eşşəklərin 6809-u 3 yaş və daha yuxarı heyvanlardır ki, bu da onların əsasən təsərrüfatlarda aktiv istifadə olunduğunu göstərir.

Paytaxt üzrə göstəricilərə baxdıqda, Bakı şəhərində 22 eşşək (onlardan 8-i 3 yaşdan yuxarı) mövcuddur. Bu heyvanların hamısı Sabunçu rayonunda cəmləşib.

Regionlar üzrə isə mənzərə xeyli fərqlidir. Naxçıvan Muxtar Respublikasında isə 982 eşşək, 1 qatır var. Burada Naxçıvan şəhərində 10 eşşək, Babək rayonunda 191 eşşək, Culfa rayonunda 73 eşşək, Kəngərli rayonunda 224 eşşək qeydə alınıb. Həmçinin Ordubad rayonunda 57 eşşək1 qatır, Sədərək rayonunda 48 eşşək, Şahbuz rayonunda 171 eşşək, Şərur rayonunda isə 208 eşşək  mövcuddur.

Abşeron-Xızı iqtisadi rayonunda göstəricilər nisbətən aşağıdır. Abşeron rayonunda 6 eşşək , Xızı rayonunda isə 58 eşşək qeydə alınıb. Bu zonada qatır yoxdur.

Dağlıq Şirvan iqtisadi rayonunda isə ümumilikdə 505 eşşək saxlanılır. Ağsu rayonunda 57 eşşək , İsmayıllı rayonunda 175 eşşək  və 6 qatır, Qobustan rayonunda 92 eşşək, Şamaxı rayonunda isə 181 eşşək qeydə alınıb.

Ən yüksək göstəricilərdən biri Gəncə-Daşkəsən iqtisadi rayonunda müşahidə olunur. Bu iqtisadi rayonda 1177 eşşək var. Bölgələr üzrə Naftalan şəhərində 5, Daşkəsən rayonunda 182, Goranboy rayonunda 308, Göygöl rayonunda isə 199, Samuxda isə 483 eşşək mövcuddur.

Qarabağ iqtisadi rayonunda ümumilikdə 590 eşşək1 qatır qeydə alınıb. Ayrı-ayrı ərazilər üzrə baxdıqda ən çox eşşəyin olduğu rayon Ağdam, Füzuli və Bərdədir. Sırası ilə bu rayonlarda olan eşşəklərin sayı 152, 143 və 121-dir. Həmçinin 91 eşşək Tərtər, 70-i Ağcabədi, 11 Ağdərə və 2-si Xocavəndin üzərinə düşür. Bu iqtisadi rayonlardan sadəcə Xankəndi şəhərində eşşək yoxdur.

Ən yüksək göstəricilərdən  Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada 2094 eşşək2 qatır var. Bütün qatırlar Şəmkirin üzərinə düşür, eyni zamanda burada 475 eşşək var. Digər bölgələrə gəldikdə isə Qazaxda 585, Tovuzda 417, Ağstafa 405 və Gədəbəy 212 eşşək var.

Quba-Xaçmaz iqtisadi rayonunda ümumilikdə 1434 eşşək qeydə alınıb. Quba rayonunda 778, Xaçmazda 284, Siyəzəndə 189, Şabranda 153, Qusarda isə 30 eşşək qeydə alınıb.

Cənub bölgəsində yerləşən Lənkəran-Astara iqtisadi rayonu da yüksək göstəricilərlə seçilir. Burada 1862 eşşək və 8 qatır var. Ayrı-ayrılıqda isə Lerik 627, Yardımlı 422, o cümlədən 2 qatır, Astara 413, o cümlədən 6 qatır, Cəlilabad 337, Masallı 39 və Lənkəran 24 eşşək var.

Mərkəzi Aran iqtisadi rayonunda isə ümumilikdə 216 eşşək qeydə alınıb. Bu zonada Ağdaşda 67, Yevlax 57, Kürdəmir 46, Zərdab 43 və Göyçay 3 üzrə göstəricilər mövcuddur.

Mil-Muğan iqtisadi rayonunda isə ümumilikdə 289 eşşək var. Sabirabad (254), Saatlı (18), İmişli (12) və Beyləqan (5) üzrə bölgü aparılıb.

Şəki-Zaqatala iqtisadi rayonunda 492 eşşək13 qatır qeydə alınıb. Şəkidə 263, o cümlədən 1 qatır, Oğuzda 134, o cümlədən 12 qatır, Qəbələdə 60 və Qaxda 35 eşşək var.

İşğaldan azad edilmiş əraziləri əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunda 70 eşşək2 qatır mövcuddur. Laçında 54, Cəbrayılda 12 (o cümlədən 2 qatır), Zəngilanda isə 4 eşşək qeydə alınıb.

Şirvan-Salyan iqtisadi rayonunda isə ümumilikdə 514 eşşək5 qatır var. Bölgələr üzrə göstəricilərə baxdıqda isə 255 eşşək Hacıqabulda, 171 eşşək və 5 qatır Neftçalada qeydə alınıb. Bu iqtisadi zonanın paylna düşən eşşəklərin 83-ü Salyan, 5-i isə Biləsuvardadır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı