Modern.az

Neftçalada avtomobil qadını vuraraq öldürdü

Neftçalada avtomobil qadını vuraraq öldürdü

Ölkə

19 Mart 2026, 22:36

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Salyan–Neftçala yolunun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, minik avtomobili yolu keçən qadını vurub.

Zərərçəkən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı