Modern.az

Azərbaycana Yaz fəsli gəlir

Azərbaycana Yaz fəsli gəlir

Ölkə

Bu gün, 01:10

Bu gün saat 18:45-dən etibarən Azərbaycanda Yaz fəsli başlayır.

Modern.az Bakı Dövlət Universitetinin Astrofizika kafedrasına istinadla xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı