Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Ölkə

Bu gün, 12:32

Martın 24-nə gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəsək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı