Modern.az

Dumalı hava ilə bağlı XƏBƏRDARLIQ

Dumalı hava ilə bağlı XƏBƏRDARLIQ

Ölkə

Bu gün, 11:19

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, idarənin müraciətində Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənildiyi deyilib:

"Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı