Modern.az

Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var

Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var

Ölkə

Bu gün, 20:26

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV