Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək,
eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 25 mart saat 08:00-dan 26 mart saat 22:00-dək hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, alternativ marşrutlardan istifadə etsinlər.