Modern.az

Səhiyyədə gözləntilər və dəyişikliklər nədən ibarət olacaq!?

Səhiyyədə gözləntilər və dəyişikliklər nədən ibarət olacaq!?

Aktual

Bu gün, 12:16

Cənab Prezident İlham Əliyev əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Belə ki, İTSDA-nin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb. Zənnimcə icbari tibbi sığorta modelinin sosial müdafiə sisteminə inteqrasiyası maliyyə axınlarının mərkəzləşməsinə və tibbi xidmətlərin  təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Eyni zamanda, TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilərsə, ikili idarəetmə sistemi aradan qaldırılır, vahid idarəetmə modeli formalaşır, qərarvermənin sürətlənməsi və koordinasiyasının artması gözlənilir. 

Risklər də qaçırılmaz deyil!?

Şəffaflığın azalması, maraqların toqquşması və sığorta prinsiplərinin zəifləməsi ehtimalı mövcuddur. Qısa müddətdə keçid çətinlikləri olması gözləniləndir.                                                                                           

Səhiyyə Nazirliyi də institusional güclənməli, sözün əsl mənasında ixtisaslı kadr potensialı formalaşdırılmalı, paralel olaraq TƏBİB-in topladığı müsbət idarəetmə təcrübəsini qoruyaraq daha sistemli və peşəkar şəkildə davam etdirilməli.

Nicat Xəlilov                                                                          

Əczaçılıq üzrə fəlsəfə doktoru

Səhiyyə eksperti            

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA