Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq.
Modern.az xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzini və sağlam qidalanmasını təşviq etməkdir. Qaydaların hazırlanmasını AQTA may ayına kimi yekunlaşdırmalıdır. Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.