Modern.az

Azərbaycanlı deputatdan het-trik: qollar VİDEODA

Azərbaycanlı deputatdan het-trik: qollar VİDEODA

Ölkə

Bu gün, 17:26

Antalyada keçirilən parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandasının üzvü, deputat Kamran Bayramovun vurduğu qolların görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, Bayramov Şimali Kipr üzərində 3:0 hesablı qələbə ilə başa çatan oyunda het-trik edərək komandasının finala yüksəlməsində əsas pay sahibi olub.

Həmin oyunda vurduğu qollar videoda əks olunub. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan parlamentinin komandası sabah finalda Türkiyə ilə qarşılaşacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı