Modern.az

Bir sıra marşrutlarda gecikmələr gözlənilir

Bir sıra marşrutlarda gecikmələr gözlənilir

Ölkə

3 Aprel 2026, 23:16

Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana bilər.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli avtobusların hərəkətində yarana bilmə ehtimalı var.

Bildirilib ki, sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı