Modern.az

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

Ölkə

Bu gün, 11:04

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!