Bu yaxınlarda vəfat edən jurnalist Rəşad Baxşalıyevin qızı Yağmur Baxşəliyeva sosial şəbəkədə təsirli paylaşım edib.
Modern.az xəbrə verir ki, Y.Baxşəliyeva atasının vəfatından sonra etdiyi paylaşımda bildirib ki, onun Vətən sevgisini hər kəs tam görə bilməyib:
“Kaş ki, həyatda ən sevdiyin işini, qələmini süngüyə dəyişdiyin Vətən sevgini içində görə bilsəydilər… Sadəcə şəkillərdə, müsahibələrdə görürdülər…”
Paylaşımda qeyd olunur ki, R.Baxşalıyev bəzən gördüyü işin qarşılığını tam almasa da, saatlarla işləyib, heç vaxt şikayət etməyib:
“Hərdən bizə nə isə almağa pulu olmasa belə, pulunu gecikdirən, yaxud pulun yarısını verən işinə görə saatlarla kompüterin qarşısında əyləşib düşüncələrə boğulurdu. Amma heç şikayətlənmirdi…”
“Zəhmətinin qarşılığını görməsə belə mənim atam dünyanın ən yaxşı, ən dəyərli insanı və mükəmməl atası idi… Varlığını heç nəyə dəyişməyəcəyəm, atam, səni çox sevirəm…” – deyə o, paylaşımında bildirib.