Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Nazirlikdə Modern.az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonları və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.