Modern.az

Azay Quliyev seçiciləri qəbul edib - FOTO

Azay Quliyev seçiciləri qəbul edib - FOTO

Ölkə

Bu gün, 16:00

Deputat Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirib.

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbul zamanı seçicilər müxtəlif sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.
Deputat bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müvafiq müraciətlərin ünvanlanacağını və problemlərin həlli istiqamətində zəruri addımların atılacağını bildirib.

1511912

1511913

1511916

1511917

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada