Modern.az

“Azərbaycan Nəşriyyatı”nda işlər başlayır

“Azərbaycan Nəşriyyatı”nda işlər başlayır

Ölkə

Bu gün, 17:06

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti və elektrik materiallarının alınması üzrə satınalma həyata keçirib.

Modern.az xəbər verir ki, satınalmanın qalibi “Direct Line Trading” MMC olub.

Məlumata görə, müqavilənin dəyəri 70 000 manat təşkil edir. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib.

Müqavilə  6 aprel 2026-cı il tarixindən qüvvəyə minib və 31 dekabr 2026-cı il tarixinədək davam edəcək.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan vizual texniki baxış zamanı nəşriyyatın 9 mərtəbəli binasında ciddi problemlər aşkar edilib. Bildirilib ki, uzun illər əsaslı təmir aparılmadığı üçün binanın əsas yükdaşıyan konstruksiyalarında, su-kanalizasiya və elektrik xətlərində qüsurlar yaranıb, liftlərin texniki vəziyyəti isə qənaətbəxş deyil.

Mövcud vəziyyətin təhlükəli olduğu nəzərə alınaraq, binada əsaslı təmirin zəruri olduğu vurğulanıb və işlərin miqyasının genişliyi səbəbindən binanın istismarı ilə paralel aparılmasının mümkün olmadığı qeyd edilib. Bu səbəbdən fevralın 1-dən etibarən binanın istismarının dayandırılması barədə qərar qəbul olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada