Modern.az

Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir... - SİYAHI

Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir... - SİYAHI

Ölkə

Bu gün, 09:04

Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir.

İllərlə formalaşmış məmur eşalonu demək olar ki, ciddi şəkildə dəyişib. Əvvəlki stereotiplər tədricən aradan qalxır. Yeni simalar və yeni yanaşmalar meydana çıxır. Dövlət idarəçiliyində gəncləşmə prosesi aydın şəkildə hiss olunur. Bu gəncləşmə yalnız yaş göstəricisi ilə ölçülmür. Burada əsas məqam düşüncə tərzinin yenilənməsidir.

Lakin maraqlı məqam odur ki, bu dəyişikliklər bəzən fərqli şəkildə təqdim olunur. Bəzi dairələr bu prosesi ya şişirtməyə, ya da gözdən salmağa çalışır. Halbuki reallıq daha sadə və aydındır. Heç bir məmur xaricdən gətirilmir, “kosmosdan transfer” olunmur. Bu vəzifələrə təyin edilənlərin hamısı Azərbaycan vətəndaşıdır. Bu fakt özü-özlüyündə mühüm mesajdır.

Digər tərəfdən, yeni təyinatlara baxdıqda diqqət çəkən başqa bir nüans da var. Artıq klassik “oliqarx övladı”, “sabiq nazirin qohumu” kimi yanaşmalar aktuallığını itirib. Yeni gələnlərin böyük əksəriyyəti bu kateqoriyalardan kənardır. Bu isə idarəçilikdə meritokratiya elementlərinin gücləndiyini göstərir. Yəni fərdi keyfiyyətlər ön plana çıxır.

Regionçuluq məsələsi də demək olar ki, sıfıra enib. Diqqətlə təhlil etdikdə görmək olur ki, ölkənin bütün bölgələrindən olan kadrlar yüksək vəzifələrdə təmsil olunur. Bu balans dövlət idarəçiliyində daha inklüziv modelin formalaşdığını göstərir və regional təmsilçilik baxımından da mühüm irəliləyişdir.


Yeni təyinatların əksəriyyətinə nəzər saldıqda onların “təsadüfi” olmadığını anlamaq asan görünür. Kənardan təsadüf kimi görünən proseslər əslində uzunmüddətli müşahidə və qiymətləndirmələrin nəticəsidir. Bu şəxslər müxtəlif mərhələlərdə özlərini təsdiqləyiblər. Onların bilik və bacarıqları yoxlanılıb. İdarəetmə qabiliyyətləri real şəraitdə sınaqdan keçib.

Bu yanaşma dövlət idarəçiliyində keyfiyyətin artırılmasına xidmət edir. Çünki yalnız bacarıqlı və çevik kadrlar mürəkkəb çağırışlara adekvat cavab verə bilər. Müasir dövrdə idarəçilik ttəcrübə ilə yanaşı innovativ düşüncə ilə ölçülür. Bu isə yeni nəslin əsas üstünlüklərindən biridir.

Əslində, bu dəyişikliklər cəmiyyət üçün müsbət siqnaldır. Bu, o deməkdir ki, yüksəlmək üçün əlaqələr kifayət etmir. Bilik, bacarıq və peşəkarlıq əsas meyarlara çevrilir. Bu isə gənclər üçün ciddi motivasiya yaradır. İnsanlar anlayır ki, çalışmaq və inkişaf etmək real nəticə verir. Bu kontekstdə hər il keçirilən “Yüksəliş” müsabiqəsi xüsusi vurğulanmalıdır. Bu müsabiqənin qalibləri müxtəlif vəzifələrə təyin olunur və bu da şəffaf kadr seçiminin nümunəsi kimi çıxış edir.

Bütün bunlara baxmayaraq, cəmiyyətdə müxtəlif söz-söhbətlər də yayılır. Bəziləri kadr islahatlarını fərqli kontekstdə təqdim etməyə çalışır. Bu iddiaların əksəriyyəti reallıqdan uzaqdır. Bəzən bu məlumatlar məqsədli şəkildə yayılır. Xarici təsir faktorları da burada rol oynaya bilər. Eyni zamanda daxili rəqabət və narazı qrupların təsiri də hiss olunur.

Bu cür yanaşmaların əsas məqsədi prosesə kölgə salmaqdır. Lakin faktlar tamam başqa mənzərəni göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda idarəçilik sistemi modernləşir. Bu modernləşmə yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, paralel olaraq insan kapitalının yenilənməsi deməkdir.

Yeni kadrların seçilməsində bir neçə əsas kriteriya ön plana çıxır.  Peşəkar bilik və savad səviyyəsi, idarəetmə qabiliyyəti və liderlik bacarığı, çeviklik və dəyişən şəraitə uyğunlaşma imkanı, dövlətçilik düşüncəsi və milli maraqlara bağlılıq, rəqəmsal bacarıqlar və innovativ yanaşma, şəffaflıq və ictimai məsuliyyət hissi.

Bu meyarlar birlikdə effektiv idarəçiliyin əsasını təşkil edir. Maraqlıdır ki, bu model uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr vəd edir. Çünki sistem fərdlərdən asılı olmadan işləməyə başlayır. Yəni institusional yanaşma güclənir. Bu isə dövlət idarəçiliyinin keyfiyyətini artırır.

Digər tərəfdən, yeni kadrların gətirdiyi enerji və dinamika da diqqət çəkir. Onlar daha açıq kommunikasiya modelinə üstünlük verirlər. Rəqəmsallaşma və innovasiyalar onların fəaliyyətində mühüm yer tutur. Bu isə idarəçilik proseslərini daha şəffaf və effektiv edir.

Əlbəttə, hər bir dəyişiklik müəyyən müqavimətlə qarşılaşır. Bu, təbiidir. Köhnə sistemin tərəfdarları yeni yanaşmalara bəzən skeptik yanaşır. Lakin zaman göstərir ki, yeniliklər qaçılmazdır. İnkişaf edən cəmiyyətlərdə dəyişiklik əsas şərtdir.

Bu baxımdan, Azərbaycanda aparılan kadr islahatlarını daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Kadr dəyişiklikləri idarəçilik fəlsəfəsinin yenilənməsi və dövlətin gələcək strategiyasının mühüm hissəsidir.

Bir daha vurğulamaq istərdik ki, Azərbaycanda vəzifələr daha çox bacarıq və peşəkarlıq əsasında verilir. Bu, müsbət tendensiyadır və cəmiyyətin inkişafına xidmət edir.

Və ən əsası, bu proses gələcək üçün daha sağlam və dayanıqlı idarəçilik modelinin formalaşmasına zəmin yaradır.

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada