Modern.az

İslamabaddakı görüş Azərbaycan neftini ucuzlaşdırdı

İslamabaddakı görüş Azərbaycan neftini ucuzlaşdırdı

Ölkə

Bu gün, 09:53

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti dəyər itirib.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üçün qiymət 5,05 ABŞ dolları ucuzlaşaraq 119,98 ABŞ dollarına düşüb.

Dünya neft qiymətlərinə ABŞ-la İran arasında 2 həftəlik atəşkəs razılaşması və bu gün Pakistan paytaxtı İslamabadda keçiriləcək görüşün təsir göstərəcəyi bildirilir. 

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ