Modern.az

Türk dövlətlərində doğum KƏSKİN AZALIR 

Türk dövlətlərində doğum KƏSKİN AZALIR 

Ölkə

Bu gün, 16:20

2026-cı ilin əvvəlində Mərkəzi Asiyadakı türk xalqlarında doğum nisbətində kəskin azalma müşahidə olunur.

Modern.az xəbər verir ki, 2026-cı ilin ilk 2 ayındakı doğum göstəricisi ötən illə müqayisə olunub. 

Qazaxıstanda doğum:
• 2025-ci ilin 2 ayında — 51.439 uşaq
• 2026-cı ilin 1-2 tarixləri — 48.541 uşaq

Bu Qazaxıstanda doğum göstəricisinin illik müqayisədə -5.6% azalması deməkdir. 

Özbəkistanda isə ilk 2 ayda doğum sayı 123 966 olub. Bu göstərici 2025-ci ildə 135 912 olub və beləliklə, azalma 8,8% təşkil edib. 
 

Bu tendensiyalar il ərzində davam edərsə, Qazaxıstanda doğum nisbəti (TFR) qadın başına 2,57-dən 2,50-yə (2007-ci ildən bəri ən aşağı), Özbəkistanda isə 3,21-dən 3,00-ə (2020-ci ildən bəri ən aşağı) düşə bilər. Urbanizasiya və smartfonların istifadəsi səbəbindən demoqrafik transformasiya tədricən nisbətən böyük Orta Asiya əhalisini əhatə etməyə başlayır. 

Xatırladaq ki, analoji azalma digər türk dövlətlərində - Türkmənistan, Qırğızıstan, Azərbaycan və Türkiyədə də müşahidə olunur. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ