Modern.az

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

10 Avqust 2018, 08:34

Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.

 

Modern.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

 

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

 

Payız sessiyasında  Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Sizə yeni x var
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq