Modern.az

Deputat Bakıdakı tıxaca görə iş saatını dəyişməyi TƏKLİF ETDİ

Deputat Bakıdakı tıxaca görə iş saatını dəyişməyi TƏKLİF ETDİ

30 Dekabr 2021, 11:25

“İndi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalırsan”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, aidiyyəti qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyir:

 

“Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirək ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.
 

Deputat Razi Nurullayev həmkarının fikirlərinə şərik çıxıb. O qeyd edib ki, insanlar saatlarla yolda qalırlar: 

“Bunun üçün müxtəlif dövlət qurumlarında iş saatının vaxtını dəyişdirmək olar. Məsələn, Finlandiyada insanlar iş saatını özü seçir. Əsas odur ki, iş saatında öz işini yerinə yetirə biləsən”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?