Modern.az

Həmkarından Tahir Kərimliyə tövsiyə: Hədələnibsə, şikayət etsin!

Həmkarından Tahir Kərimliyə tövsiyə: Hədələnibsə, şikayət etsin!

Parlament

17 Fevral 2022, 11:58

Deputat Tahir Kərimlinin sosial şəbəkədə yayılan məlum videosu müzakirələrə səbəb olub. Deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb.


Həmkarının çıxışı haqqında Modern.az-a danışan deputat Aqil Abbas videonu izləmədiyini, məsələdən xəbəri olmadığını deyib.

Deputat sözügedən videogörüntü yayılandan sonra Tahir Kərimli ilə əlaqə saxlamadığını da söyləyib:
 

 

“Deputat əgər ölümlə hədələnirsə, polisə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Kim tərəfindən hədələndiyini də deyər. Hətta anonim hədələnibsə, onu da deyər. Başqa fikir bildirə bilmərəm”.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!