Modern.az

Biz ölü su içirik - Naqif Həmzəyev

Biz ölü su içirik - Naqif Həmzəyev

28 Fevral 2024, 13:04

"Azərbaycanda vətəndaşların 10 nəfərdən azı 4-5-i su filtirlərindən istifadə edir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib.
 

O qeyd edib ki, tələbatın çox olmasını nəzərə alaraq bazarda istənilən qiymətə su filtiri satışa çıxarılıb:

 

"Bu su filtirləri nə dərəcədə standarta cavab verir? Yaranmış bir çox xəstəliklərin səbəbi su ilə bağlıdır. Axar su içə bilmirik, ölü su içirik. Həmçinin su filtirlərinə aldanaraq təmiz su qəbul edirik deyirik, amma nəticədə təmiz su içmirik", - deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat