Modern.az

Bakıda TÜRKPA-nın Plenar İclası keçiriləcək

Bakıda TÜRKPA-nın Plenar İclası keçiriləcək

Parlament

3 İyun 2024, 17:52

İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü Plenar İclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə